Tovuzda zəlzələ oldu

16 Avqust 2025 09:20 (UTC+04:00)

Tovuz rayonunda 3,5 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 08:31-də, 10 km dərinlikdə baş verən yeraltı təkanlar hiss olunub.