“Şamaxı” heyətinə yeni futbolçu cəlb edib

16 Avqust 2025 06:39 (UTC+04:00)

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Klubdan SİA-ya bildirilib ki, futbolçu Antonio Lara transfer olunub.

İyirmi altı yaşlı mərkəz müdafiəçisi ilə ikiillik (1+1) müqavilə imzalanıb.