Ağ Ev Tramp-Putin görüşünü “tarixi” adlandırıb

16 Avqust 2025 01:25 (UTC+04:00)

Ağ Ev ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin görüşünün fotosunu yayaraq onu tarixi adlandırıb. SİA-nın məlumatına görə, Ağ Ev fotoya "tarixi" şərhini yazıb və onu X səhifəsində yerləşdirib.

Şəkildə Tramp və Putinin fəxri qarovul dəstəsi ilə birlikdə qırmızı xalçadan keçdiyi görünür.