Tramp və Putin Alyaskanı tərk ediblər

16 Avqust 2025 04:26 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putinin Alyaska səfəri başa çatıb. SİA-nın məlumatına görə, ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüşdən sonra o, ştatı tərk etmək üçün təyyarəsinə minib. Həmçinin Donald Tramp hava limanına gələrək təyyarəsi ilə Ankoriçi tərk edib.