Tramp-Putin görüşünün digər iştirakçıları açıqlanıb

15 Avqust 2025 23:22 (UTC+04:00)

Alyaskada Tramp-Putin görüşündə Rusiya Prezidentini kimlərin müşayiət edəcəyi məlum olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə təkbətək nəzərdə tutulan görüşün sonradan üç-üç formatında keçirilməsi qərara alınıb. Görüşdə Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov və Prezidentin müşaviri Yuri Uşakov da iştirak edəcək. Donald Trampa isə onun xüsusi elçisi Stiv Uitkoff və Dövlət katibi Marko Rubio qoşulacaq.

Ağ Evdən bildirilib ki, genişləndirilmiş iş naharında prezidentə Rubio, Uitkoff, müdafiə naziri Pit Heqset, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və Ağ Ev aparatının rəhbəri Syuzi Uayls qatılacaq.