...Qırğızıstan hakimiyyəti xaricdə işləyən ölkə vətəndaşlarını vətənlərinə qayıtmağa çağırıb.
SİA-nın məlumatına görə, bu müraciətlə respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev çıxış edib.
...Vətəndaşlarımız xarici ölkədə pul qazanmaq, miqrant olmaq üçün gedirlər. Onlar geri qayıtmalıdırlar. Prezident çıxışlarının birində dedi ki, biz miqrantları qaytaracağıq. Və vaxt gəlib çatıb. Miqrantlar tikintidə işləyə, xüsusi texnika işlədə, xalqa xidmət edə bilərlər...
Taşiyev Qırğızıstanda kəskin kadr çatışmazlığından şikayətlənib. Onun sözlərinə görə, təkcə Narın rayonunda 127 obyekt tikilir, tikinti sahələrində işçi çatışmazlığı var. Qırğızıstandan olan əmək miqrantlarının çoxu pul qazanmaq üçün Rusiyaya üz tutur.
Müxtəlif hesablamalara görə, Rusiya Federasiyasında 300 mindən 600 minədək respublika vətəndaşı işləyir.
İyulun 24-də Bişkekdə keçirilən görüşdə Qırğızıstan Xarici İşlər Nazirliyinin rəis müavini Almaz İmanqaziyev və Rusiyanın respublikadakı səfiri Sergey Vakunov Qırğızıstan əmək miqrantları Rusiyaya getməzdən əvvəl onların üzərində yoxlamaların aparılması imkanını müzakirə ediblər.
Əli Babayev