Berlində iki avtobus qəzaya uğrayıb, 12 nəfər xəsarət alıb

15 Avqust 2025 19:17 (UTC+04:00)

Almaniyanın paytaxtı Berlin şəhərində avtobusların iştirakı ilə iki yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, qəzalar zamanı 12 nəfər xəsarət alıb. Belə ki, Şarlottenburq bölgəsində avtobusla minik avtomobili toqquşub. Nəticədə avtobusun sürücüsü və 3 sərnişin yaralanıb. Şpandau bölgəsində isə minik avtomobili ilə toqquşmaqdan yayınan avtobus sürücüsü qəza törədib. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan 6-sı xəstəxanaya yerləşdirilib.

Hadisələrlə əlaqədar araşdırmalar aparılır.