Tramp Putinlə görüş ərəfəsində Lukaşenkoya zəng edib...

15 Avqust 2025 18:18 (UTC+04:00)

Belarus və ABŞ prezidentləri Aleksandr Lukaşenko və Donald Tramp arasında danışıqlar olub.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Belarus liderinə yaxın olan “Birincilər hovuzu” Telegram kanalı məlumat yayıb.

“Lukaşenko və Tramp telefonla danışıblar”, – nəşr yazır. Belarus və Amerika prezidentləri arasında danışıqların Moskva vaxtı ilə saat 16:46-da başa çatdığı bildirilir. Siyasətçilərin söhbətinin nə qədər davam etdiyi, eləcə də hansı mövzuları müzakirə etdikləri məlum deyil.

Əli Babayev