...“Titanik”də (1997) Cek Douson rolu ilə milyonlarla tamaşaçı tərəfindən tanınan məşhur aktyor Leonardo Di Kaprio etiraf edib ki, “Booqie gecələri” filmində baş rolda çəkilmək fürsətini əldən verdiyinə görə peşmandır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Deadline yazır.
Filmin rejissoru və ssenaristi Pol Tomas Andersonla söhbətində aktyor Dirk Diqqler rolundan imtina etməyi karyerasının “ən böyük peşmanlığı” adlandırıb.
...Bu, mənim nəslimin əlamətdar filmi idi. Nəhayət, onu görəndə onun şah əsər olduğunu düşündüm. Bunu birbaşa sizə söyləməyim ironikdir, amma bu, doğrudur.
Di Kaprio deyib.
...Rol nəhayət Mark Uolberqə keçib. Uolberqin özü, filmin kült klassik kimi tanınmasına baxmayaraq, yaşlandıqca ona daha çox tənqidi yanaşır.
2017-ci ildə etiraf edib ki, indi bir ata kimi övladlarına filmin mənasını izah etməkdə çətinlik çəkir.
...Mən həmişə ümid edirəm ki, Tanrı filmləri sevir və bağışlayandır. Çünki keçmişdə bəzi pis seçimlər etmişəm. “Booqie gecələri” də onlardan biridir, - aktyor deyib.
Nazlı Almuradova