Yüz kiloluq qadın ərini öz bədəni ilə əzərək öldürüb...

15 Avqust 2025 22:54 (UTC+04:00)

...Portuqaliyada qadın təsadüfən ərini öz bədəni ilə əzərək öldürüb.

SİA xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb. Portuqaliyanın Porto şəhərinin kənarında çəkisi 100 kiloqramdan çox olan qadın yataqdan qalxarkən büdrəyərək öz ərini əzib.

Yerli polis mediaya deyib ki, o, yerdə uzanmış ərinin yanına getmək üçün ayağa qalxanda təsadüfən yıxılıb.

Qadın çarpayı ilə divar arasında sıxışdırıldığı üçün öz başına ayağa qalxa bilməyib. Kişi arvadının altında qalıb. Qonşular cütlüyün qışqırmasına cavab verib, xilasediciləri çağırıb və cütlüyə kömək etməyə çalışıblar.

Qadını qaldırmaq üçün beş nəfər lazım olub. Amma onu ərindən ayıranda o, artıq huşunu itirmişdi. Həkimlər reanimasiya əməliyyatı aparmağa çalışsalar da, portuqaliyalının həyatını xilas edə bilməyiblər.

Qonşuların dediyinə görə, mərhum həyat yoldaşından fərqli olaraq arıq bədən quruluşuna malik olub.

Nazlı Almuradova