...SİA-nın məlumatına görə, T3 xəbər verir ki, Sony öz elektrik avtomobilini yaratmaq planlarını elan etdikdən 4 il sonra Afeela 1 ilkin istehsala keçib.
Bu o deməkdir ki, kütləvi çatdırılma başlamazdan əvvəl nümunələr son sınaq üçün hazırlanır.
Honda avtomobili Ohayo ştatının (ABŞ) East Liberty şəhərindəki zavodunda istehsal edir.
Bu yanaşma Sony-yə müqavilə istehsalçılarından istifadə edən bəzi startaplardan fərqli olaraq öz avtomobil fabriklərini tikmək xərclərindən qaçmağa imkan verir.
Texniki xüsusiyyətlərə iki 240 at gücündə elektrik mühərriki, 91 kVt-saatlıq akkumulyator, təqribən 480 km məsafə qət etmək və 150 kVt-a qədər doldurma sürəti daxildir.
Elektrikli avtomobil texnologiya həvəskarları üçün nəzərdə tutulub.
O, 40 sensor (lidar, radar, ultrasəs sensorlar, kameralar), güclü hesablama bloku və qabaqcıl multimedia imkanları ilə təchiz olunub.
Bunlara aktiv səs-küyün ləğvi, ətraf səs audio sistemi, tam enli panoramik displey, arxa oturacaqların ekranları və rəqəmsal güzgülər daxildir.
Nazlı Almuradova