Azərbaycanda ölüm faizi azalıb

15 Avqust 2025 15:01 (UTC+04:00)

Bu ilin yanvar-iyun ayları ərzində ölkədə 29 400 ölüm halı qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,8-ə düşüb.