Lənkəranda çay fabriklərindən birində lift qırılıb, işçi xəsarət alıb

15 Avqust 2025 12:56 (UTC+04:00)

Lənkəranda çay fabriklərindən birində işçi istehsalat qəzası nəticəsində xəsarət alıb. SİA xəbər verir ki, hadisə rayonunun Sütəmurdov kəndində qeydə alınıb.

Belə ki, Lənkəranın Aşağı Nüvədi kənd sakini, 1969-cu il təvəllüdlü Bəxtiyar Baldadaş oğlu Məmmədov liftdən yıxılaraq xəsarət alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin ehtimala görə, B.Məmmədov müəssisənin liftinin qırılması nəticəsində xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.