Azərbaycanlı referi basketbol üzrə Avropa çempionatının yarımfinal oyununun baş hakimi olacaq

15 Avqust 2025 11:02 (UTC+04:00)

Azərbaycanın beynəlxalq dərəcəli basketbol hakimi Ələkbər Həsənov Avropa çempionatında A divizionunun oyununa təyinat alıb. Azərbaycan Basketbol Federasiyasından SİA-ya verilən məlumata görə, o, 16 yaşadək oğlanlar arasında turnirin yarımfinal mərhələsinin Litva – İtaliya matçının baş hakimi olacaq.

Bu gün Gürcüstanda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.