Bakıda Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramı çərçivəsində “nage-no-kata” seminarları davam edir. Azərbaycan Cüdo Federasiyasından (ACF) SİA-ya verilən məlumata görə, məşğələlər ACF-nin Təlim-Məşq Mərkəzində keçirilir.
BCF Akademiyasının ekspertləri iştirakçılara “nage-no-kata”nın nəzəri əsaslarını, texniki icra qaydalarını və tədris metodikasını öyrədir.