Azərbaycanın kişi paracüdoçuları Xaçmazda təlim-məşq toplanışında iştirak edəcəklər

14 Avqust 2025 16:35 (UTC+04:00)

Azərbaycanın paracüdo üzrə kişilərdən ibarət millisi avqustun 15-dən 29-dək Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçirəcək. SİA xəbər verir ki, toplanışa İlham Zəkiyev, İsmayıl Muradov, Saleh Sultanov, Mehman Hüseynov, Əbdülrəhman Rzazadə, Məhəmməd Ələkbərov, İlkin Nəsibov və Cavad Cavadov qatılacaqlar.

Yığmaya hazırlıq prosesi müddətində baş məşqçi İbrahim İbrahimov rəhbərlik edəcək.