Bakı metropoliteninin “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olunub

14 Avqust 2025 16:14 (UTC+04:00)

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpəyə xüsusi sertifikat verilib. Bu barədə SİA-ya "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata əsasən, bu gün Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpə Respublika Klinik Xəstəxanasından evə buraxılıb.

Metropoliten əməkdaşları xəstəxanadan çıxan körpə və anasını qarşılayıb, ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ verən sertifikat və simvolik hədiyyələr təqdim ediblər.