Lənkəranda azyaşlını maşın vurub

14 Avqust 2025 15:17 (UTC+04:00)

Lənkəranda azyaşlını maşın vurub. SİA-nın verdiyi xəbərə görə, hadisə səhər saatlarında Lənkəran şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb. Hərəkətdə olan "QAZ-3110" markalı nəqliyyat vasitəsi yolu əks istiqamətə keçmək istəyən 2019-cu il təvəllüdlü A.İsmayılzadəni vurub. Azyaşlı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.