Kreml ABŞ prezidenti Donald Trampla Rusiya rəhbəri Vladimir Putinin görüşünün vaxtını açıqlayıb, həmçinin Alyaskada keçiriləcək danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini də təqdim edib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə RBC-Ukrayna Rusiyanın Teleqram kanalına istinadən məlumat yayıb.
Rusiya diktatorunun köməkçisi Yuri Uşakovun sözlərinə görə, Putinlə Trampın görüşü avqustun 15-də Moskva vaxtı ilə saat 22:30-da (eyni vaxt Kiyevdə) başlayacaq.
Uşakov dəqiqləşdirib ki, danışıqlar tərcüməçilərin iştirakı ilə təkbətək söhbətlə başlayacaq, bundan sonra nümayəndə heyətləri ilə görüş keçiriləcək.
Putin və Tramp arasında keçiriləcək danışıqlarda Rusiya tərəfdən aşağıdakılar iştirak edəcək:
-Rusiyanın xarici işlər naziri Sergey Lavrov;
-Kreml rəhbərinin köməkçisi Yuri Uşakov;
-Rusiyanın müdafiə naziri Andrey Belousov;
-Rusiyanın maliyyə naziri Anton Siluanov;
-Bu il Rusiya ilə ABŞ arasında danışıqlarda iştirak edən Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev.
Əli Babayev