Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib

14 Avqust 2025 13:20 (UTC+04:00)

Xalq artisti Afaq Bəşir qızı Səfərova “Şərəf” ordeni ilə təltif edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla o, bu ordenə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, avqustun 15-də Afaq Bəşir qızı Səfərovanın 70 yaşı tamam olur.