NYMEX əmtəə birjasında təbii qaz bahalaşıb

14 Avqust 2025 10:51 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, sentyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,5% artaraq 2,835 ABŞ dolları təşkil edib.