Xocalıda mərmər zavodunda yanğın törədən şəxs saxlanılıb

14 Avqust 2025 10:11 (UTC+04:00)

Xocalı rayon Malıbəyli kəndində avqustun 11-də sökülmüş mərmər zavodunda yanğın hadisəsi törədən şəxs müəyyən olunub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan SİA-ya bildirilib ki, araşdırmalarla yanğının 1998-ci il təvəllüdlü Ərşad Qasımovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Ə. Qasımov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.