PSJ tarixində ilk dəfə bu titulun sahibi oldu

14 Avqust 2025 01:35 (UTC+04:00)

Fransanın “PSJ” klubu İngiltərənin “Tottenhem” klubuna qalib gələrək tarixində ilk dəfə UEFA Superkubokunun sahibi olub. SİA xəbər verir ki, İtaliyanın Udineze şəhərindəki “Friuli” stadionunda keçirilən görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.

Lakin qarşılaşmanın sonlarında parislilər hesabı bərabərləşdirməyi bacarıb.

Fransız komandası penaltilər seriyasında 4:3 qalib gələrək kuboku qazanıb.

UEFA Superkuboku

23:00. “PSJ” - “Tottenhem” 2:2, pen. 4:3

Qollar: Kan-İn Li, 85, Qonçalo Ramoş, 90 - Miki Van de Ven, 39, Kristian Romero, 48

Qeyd edək ki,“PSJ” ötən mövsüm UEFA Çempionlar Liqasının, “Tottenhem” isə Avropa Liqasının qalibi olub.