Naxçıvanda əhalinin sayı artıb

13 Avqust 2025 17:31 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb. Bu barədə SİA-ya Naxçıvan MR Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2025-ci il iyulun 1-nə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2093 nəfər və ya 0,4 faiz artaraq 471 min 718 nəfər olub.