Maştağada evdən 6 min manat oğurlanıb

13 Avqust 2025 13:36 (UTC+04:00)

Maştağada evdən 6 min manat oğurlanıb. SİA DİN-ə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evlərin birindən 6000 manat oğurlanması barədə zərərçəkən polisə məlumat verib.

Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 37 yaşlı Ş.Hüseynova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.