"Karvan-Yevlax" yeni transferini açıqlayıb

13 Avqust 2025 13:19 (UTC+04:00)

"Karvan-Yevlax" növbəti futbolçu transferini həyata keçirib. Bu barədə SİA-ya bölgə təmsilçisindən məlumat verilib.

Qapıçı Pedro ilə 1 illik müqavilə imzalanıb.

28 yaşlı oyunçu son olaraq ölkəsinin “Feyrense” klubunun formasını geyinib. Pedro Mateus San-Tome və Prinsipi millisinin üzvüdür.