Sabahdan incəsənət məktəb və mərkəzlərinə ixtisas seçimi başlayır

13 Avqust 2025 13:06 (UTC+04:00)

Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə avqustun 14-də şagird qəbulunun ixtisas və məktəb seçimi mərhələsinə başlanılır. Mədəniyyət Nazirliyindən SİA-ya verilən məlumata görə, seçim mərhələsi avqustun 21-dək davam edəcək.

Məlumat üçün qeyd edək ki, bu il ilk dəfə olaraq Azərbaycan Mədəniyyət Nazirliyinin və Naxçıvan Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərinə 2025/2026-cı tədris ili üzrə təhsilalanların qəbulu vahid elektron sistem üzərindən həyata keçirilib. 25 aprel-25 may tarixlərində elektron sistem üzərindən 18 min 862 müraciət qeydiyyata alınıb, iyun ayında I və VIII siniflərə qəbul imtahanları keçirilib. Qəbul imtahanlarında 16 mi 252 namizəd iştirak edib.