"Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə Dr. Günay Əhmədovanı təqdim edirik

13 Avqust 2025 11:16 (UTC+04:00)

Dr. GÜNAY ƏHMƏDOVA pediartik ultrasəs müayinələri, periferik limfa düyünlərinin ultrasəs müayinəsini, oynaqların ultrasəs müayinəsini, rəngli doppler müayinələri, elastometriya-qaraciyərin FibroScan müayinəsini, qarın boşluğu orqanlarının: uroloji və ginekoloji orqanların müayinəsini, follikulometriya, erkən hamiləliyin təyini, hamiləliyin trimestrlərlə müayinəsini, prostat vəzinin transrektal görüntüləmələri, yumşaq toxumaların müayinəsini, toraks, timus müayinəsini, süd vəzinin ultrasəslə müayinəsi və mamoqrafiyası müayinəsini, invaziv üsulla süd vəzisindən və qalxanvari vəzidən biopsiyanın alınmasını, plevral və periton boşluqlardan mayenin boşaldılmasını həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/gunay-ehmedova/#

Dr. Əhmədova 2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetində ali təhsil almış, 2008-2009-cu illərdə A.Q.Abbasov adına Şəhər Onkoloji Dispanserində internatura keçmişdir. Əmək fəaliyyətinə 2011-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-sonoloq kimi başlamışdır. Dr. Əhmədova daim öz üzərində çalışır, dünya tibb elminin nailiyyətlərini izləyir və işində tibbin ən yeni metod və üsullarından istifadə edir.
O, 2010-cu ildə Istanbul Universitetinin Tibb fakültəsinin Radioloji Anabilim Bölümündə bütün orqanların ultrasonoqrafik dəyərləndirilməsi və GRİ SCALA rəngli doppleroqrafiyası kursunda, 2012-ci ildə Türk Radioloji Dərnəyinin süd vəzisi üzrə seminarında, 2013-cü ildə İstanbul Universitetinin Tibb Fakültəsinin Radioloji AnaBilim Bölümündə pediatrik ultrasonoqrafik dəyərləndirmələr, Neyrosonoqrafiya, Artrosonoqrafiya, Yenidoğulmuşlarda patoloji dəyişikliklərin anomaliyaların diferensial dəyərləndirilməsi kursunda 6 ay müddətində iştirak etmişdir.
2013-2014-cü illərdə İUTF Radioloji Anabilim Dalında Damarların rəngli doppleroqrafiyası, Süd vəzilərinin USG-si və Mamoqrafiyası, Obsetrik USG, Hamilələrdə Doppleroqrafiya, Anorektal USG kursu, 2014-cü ildə İstanbul ALFA Radioloji Görüntüləmə Mərkəzində Praktik Seminar kursu /GRİ SCALA-Neyrosonoqrafiya, Ayrıntılı USG/, yumşaq toxumalar və endokrin və limfotik sistem üzrə USG kursu, 2015-ci ildə Ayrıntılı USG, Abdominal USG, Ginekoloji Xəstəliklər zamanı Diferensial USG praktik seminar kursu keçərək bilik və bacarıqlarını təkmilləşdirmişdir. 2018-ci ildə İstanbul şəhərində I və II trimestrdəki hamiləliklərdə rutin ayrıntılı USG obstrektik doppler, USG kursunda iştirak etmişdir.
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı sonoloqu Dr. Günay Əhmədova yüksək dəqiqlikli ultrasəs müayinələri ilə sağlamlığınızın keşiyində dayanır. Uşaqdan böyüyə, profilaktik yoxlamadan mürəkkəb diaqnostik prosedurlara qədər geniş spektrdə xidmət göstərən həkimimiz, hər bir pasiyentinə fərdi yanaşaraq ən doğru və sürətli nəticəni təmin edir. Dr. Günay Əhmədovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.