Naxçıvan sahibkarları 7 ayda 8 milyon manatdan çox güzəştli kredit alıblar

13 Avqust 2025 12:06 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 97 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,2 milyon manat güzəştli kredit ayırıb. SİA xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə layihələrin sayı 4,9 dəfə, güzəştli kreditlərin məbləği isə 3,4 dəfə artıb.

Fondun maliyyələşdirdiyi layihələrin 68 %-i sənaye, 20,3 %-i kənd təsərrüfatı məhsullarının istehsalı, 11,7 %-i xidmət sahələri ilə bağlı olub.