Mərkəzi Gömrük Hospitalında təlim keçirilib

13 Avqust 2025 10:39 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin tapşırığına uyğun olaraq 12 avqust 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında SWOT Təhlili üzrə 2026-2030-cu illəri əhatə edən Tibbi Xidmət İdarəsinin strateji inkişaf planın hazırlanmasına həsr olunmuş təlim keçirilib. Təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının, Elmi-Təcrübi və Tədris Mərkəzinin rəhbərləri, şöbə rəisləri, həkimlər və əməkdaşlar iştirak ediblər.
Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov təlimdə SWOT təhlilinin əsas prinsipləri və tətbiq sahələri barədə ətraflı məlumat verib, SWOT təhlilinin təşkilatların daxili güclü və zəif tərəflərini, eləcə də xarici imkanlar və təhdidlərini sistemli şəkildə müəyyən etməyə xidmət etdiyini vurğulayıb. Bu metod Tibbi Xidmət İdarəsinin strateji inkişaf planının hazırlanmasında, resursların optimal istifadəsində və qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün effektiv qərarların qəbul edilməsində mühüm rol oynayır.
Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi - Baş həkim Bəxtiyar Musayev çıxış edərək təlim iştirakçılarına strateji planlaşdırmanın önəmi, SWOT təhlilindən effektivliyi ilə bağlı praktiki tövsiyələrini verib, komanda işinin və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Tədbirin sonunda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov SWOT təhlilinin belə strateji yanaşmaların Tibbi Xidmət İdarəsinin gələcək inkişafında və xidmətlərin keyfiyyətinin artırılmasında mühüm alət olduğunu qeyd edib.