Polis əməkdaşları qanunsuz saxlanılan silah-sursat aşkarlayıblar

13 Avqust 2025 11:34 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Bu barədə SİA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 3 qumbara, 3 tüfəng, 2 patron darağı və 1015 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.