Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 12-də ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 73 çətənə kolu götürülüb, yabanı halda bitmiş 1800 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.