UEFA Superkubokunun qalibi bu gün müəyyənləşəcək. SİA-nın məlumatına görə, həlledici matçda Fransanın PSJ və İngiltərənin "Tottenhem" klubları üz-üzə gələcəklər.
Qarşılaşma İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Görüşün baş hakimi Juan Pineyru (Portuqaliya) olacaq. Azərbaycanlı FIFA referisi Elçin Məsiyev matçda dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, PSJ ötən mövsüm UEFA Çempionlar Liqasının, "Tottenhem" isə Avropa Liqasının qalibi olub.