Tramp Putinlə görüş öncəsi sabah Zelenski ilə onlayn danışacaq

13 Avqust 2025 01:59 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp və vitse-prezident CeyDi Vens sabah Ukrayna Prezidenti Volodimir Zelenski və avropalı müttəfiqləri ilə onlayn görüşdə iştirak edəcək. SİA-nın “ABC News”a istinadən verdiyi məlumata görə, bunu iki ABŞ rəsmisi təsdiqləyib.

Danışıq zamanı avqustun 15-də Alyaskada keçiriləcək ABŞ və Rusiya prezidentlərinin görüşünün müzakirə olunacağı bildirilir.