Şəkidə tövlə və 2 ton ot bağlaması yanıb

12 Avqust 2025 21:38 (UTC+04:00)

Şəkidə tövlə yanıb.

SİA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, hadisə Baş Layısqı kəndində baş verib. Kənd sakini, 65 yaşlı Sədiyyə Fəttahovaya məxsus ümumi sahəsi 56 kvadratmetr olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 2 tona yaxın ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb, hadisənin başvermə səbəbi araşdırılır.