"Qarabağ" - “Şkendiya” oyununda hesab açılıb

12 Avqust 2025 20:12 (UTC+04:00)

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda "Qarabağ" və “Şkendiya” komandaları arasında keçirilən cavab oyununda hesab açılıb.

SIA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 10-cu dəqiqəsində rəqibin heyətində Fabris Tamba fərqlənib.

Matçı niderlandlı FIFA referisi Denni Makkeli idarə edir.

Komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.