Çempionlar Liqası: "Qarabağ" - “Şkendiya” oyunu başlayıb

12 Avqust 2025 20:00 (UTC+04:00)

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda "Qarabağ" və “Şkendiya” komandaları arasında keçirilən cavab oyunu başlayıb.

SIA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş saat 20:00-da start götürüb.

Matçı niderlandlı FIFA referisi Denni Makkeli idarə edir.

Komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.