ABŞ və Çin qarşılıqlı tarifləri 90 gün gecikdirir

12 Avqust 2025 21:25 (UTC+04:00)

...ABŞ və Çin bir-birlərinin mallarına idxal rüsumlarının müvafiq olaraq 145 və 125 faiz tətbiqini noyabrın 9-na qədər təxirə salaraq, tarif atəşkəslərini 90 gün uzadıblar.

ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində rüsumların tətbiqini noyabrın 9-dək dayandırmaq barədə sərəncam imzaladığını, Çinin Ticarət Nazirliyi də analoji tədbiri açıqlayıb.

SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, Çin aprel ayında hədəflədiyi ABŞ şirkətlərini də ticarət və investisiya məhdudiyyətləri siyahısına əlavə etməyi təxirə salıb.

...Trampın sərəncamında deyilir ki, “...Birləşmiş Ştatlar Çin Xalq Respublikası ilə ticarət münasibətlərində qarşılıqlılığın olmaması və bununla bağlı milli və iqtisadi təhlükəsizlik məsələlərini həll etmək üçün müzakirələrə davam edir”.

Qeyd olunub ki, "Çin Xalq Respublikası vəziyyəti düzəltmək üçün əhəmiyyətli addımlar atmağa davam edir".

Yeni sərəncam ABŞ-a Çin mallarına rüsumları 145 faizə qədər artırmağa imkan vermir.

Reuters qeyd edir ki, Çinin Amerika mallarına cavab rüsumları 125 faizə yüksəlməli idi ki, bu da iki ölkə arasında faktiki ticarət embarqosuna səbəb olardı.

Sərəncam Çin idxalına 30 faiz, Amerika idxalına Çin tarifləri isə 10 faiz rüsum təyin edir.

Bazar ertəsi, avqustun 11-də keçirdiyi mətbuat konfransında Tramp Çin prezidenti Si Sinpinq ilə yaxşı münasibətdə olduğunu vurğulayaraq, "Nə olacağını görəcəyik" deyib.

Əli Babayev