80 il və daha çox yaşamağa nəyin imkan verdiyi aşkar edilib...

12 Avqust 2025 23:16 (UTC+04:00)

...Şimal-Qərb Universitetinin (Çikaqo, ABŞ) alimləri qocalıqda insanların daha uzun yaşamasına və ağlı başında qalmasına nəyin kömək etdiyini tapmaq üçün 25 il vaxt sərf ediblər.

Məlum olub ki, buna təkcə irsiyyət deyil, həm də həyat tərzi təsir edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Focus xəbər verir.

Tədqiqat 2000-ci ildə başlayıb - 80 yaşdan yuxarı 290 nəfər iştirak edib. 77 respondentin ölümündən sonra mütəxəssislər onların beyinlərini tədqiq edərək müəyyən ediblər ki, onlar adətən Alzheimer xəstəliyi ilə əlaqəli olan amiloid lövhələri və tau zülallarının mövcudluğuna baxmayaraq, həyatlarının sonuna qədər düşüncə aydınlığını qoruyub saxlayırlar.

Əsas amil sosial aktivlik olub. Ailəsi və dostları ilə möhkəm əlaqələr saxlayan yaşlı insanlar daha yaxşı idrak qabiliyyətləri nümayiş etdirdilər və daha uzun yaşayıblar.

Bundan əlavə, onların beyni cavan beyinə yaxın strukturu saxlayıb: korteks incəlməyib, emosiyalar və ünsiyyətdən məsul olan xüsusi neyronların sayı artıb.

Fiziki fəaliyyət, balanslaşdırılmış qidalanma və zehni məşq də qocalıqda zehni sağlam saxlamaq və ömrü uzatmaq üçün vacibdir.

Nazlı Almuradova