Xəzər dənizində zəlzələ olub

12 Avqust 2025 12:36 (UTC+04:00)

Xəzər dənizində zəlzələ olub. Bu barədə SİA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 11:16-da qeydə alınıb.

Yeraltı təkan 3,2 maqnituda olmaqla dərinliyi 74 km-dir.