Braziliyalı voleybolçu Azərbaycan klubuna keçib

12 Avqust 2025 11:53 (UTC+04:00)

Braziliyalı voleybolçu Luiza Tomas karyerasını Azərbaycanda davam etdirəcək. "Gəncə"nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bölgə klubu oyunçu ilə müqavilə imzalayıb.

O, ötən mövsümü Portuqaliyanın "Benfika" komandasında keçirib.

L.Tomas Portuqaliya Superkubokunun və I divizionunun qalibi olub.