“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə peşəkarlığı, dəqiqliyi və pasiyentlərinə olan səmimi münasibəti ilə etibar və rəğbət qazanan yüksəkixtisaslı USM həkimi Tükəzban Abdullayevanı təqdim edirik.
DR.TÜKƏZBAN ABDULLAYEVA Mərkəzi Gömrük Hospitalında tam abdomen - qarın boşluğu, uroloji orqanların müayinəsini, follikulometriya, hamiləliyin müayinəsini, prostat vəzi - transrektal görüntüləmələr, dərialtı toxumaların müayinəsini, toraks, süd vəzi mammoqrafiyası, yenidoğulmuşlara neyrosonoqrafiya, timus müayinəsini, rəngli doppleroqrafiya, elastometriya – qara ciyərin fibroskanla müayinəsini və s. həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/tukezban-abdullayeva/
Dr. Tükəzban Abdullayeva 2006-cı ildə Azərbaycan Tibb Universitetinin I müalicə profilaktika fakültəsini bitirmiş, 2006-2007-ci illərdə 5 saylı Kliniki Xəstəxanasında funksional diaqnostika ixtisası üzrə internatura keçmişdir. Tükəzban həkim 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında USM həkimi kimi fəaliyyət göstərir.
O, 2012-ci ildə Türkiyədə Erciyes Universitetinin Tibb fakültəsinin Radioloji Anabilim Dalında "Qarın boşluğu orqanları USG və GRİ SCALA rəngli dopplerografiyası" pediatrik ultrosonoqrafik incələmələr və yenidoğulmuşlarda bud-çanaq oynağının diaqnostikası üzrə neyrosonoqrafiya kursu, 2012-ci ildə Türkiyənin Kayseri şəhərində AnaKalp Xəstəxanasında “Damarların rəngli dopplerografiyası kursu, 2012-ci ildə Türkiyənin Kayseri şəhərində Hüma Qadın Xəstəlikləri və Doğum Xəstəxanasında Obsetrik USG, hamilələrdə doppleroqrafiya, ginekoloji xəstəliklər zamanı differensial diaqnostika kursunda iştirak etmişdir.
Daha sonra Tükəzban həkim 2013-cü ildə Türkiyənin İstanbul şəhərində Bezmialem Vakif Universitetinin Tibb fakültəsində süd vəzilərinin USG-si və mammoqrafiyası, anorektal USG, yumşaq toxumalar, endokrin və limfotik sistem üzrə USG, pediatrik ultrasonoqrafiya, yenidoğulmuşlarda bud-çanaq oynağının diaqnostikası, neyrosonoqrafiya kursu, 2014-cü ildə Avstriyanın Zalzburq şəhərində “Weill Cornell” Tibb kollecində "Süd vəzilərinin Mammoqrafiyası və Qara ciyər törəmələrinə Multidisipliner yanaşma" kursu, 2015-ci ildə İstanbul Universitetinin Tibb fakültəsində "Hamilələrin Anal Sfinkter zədələnmələrində Multidisipliner yanaşım ve anorektal ultrasonoqrafıya" kursu və 2015-ci Rusiyanın Moskva Echosesns Təlim mərkəzinin təşkil etdiyi qara ciyər elastometriyası kursunda, 2018-2023-cü illərdə ölkəmizdə radiologiya sahəsi üzrə keçirilən müxtəlif konfrans və konqreslərdə iştirak edib. Dr.Tükəzban Abdullayevanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.
Peşəkarlığı, zəngin təcrübəsi və hər bir pasiyentə fərdi yanaşması ilə Dr. Tükəzban Abdullayeva Mərkəzi Gömrük Hospitalında müasir tibbi texnologiyalardan istifadə edərək dəqiq diaqnostika və effektiv müalicə istiqamətləri ilə pasiyentlərin sağlamlığının qorunmasına töhfə verir. Onun məqsədi hər zaman düzgün diaqnoz, vaxtında müdaxilə və sağlam gələcəkdir.