Azərbaycan klubu ABŞ-dən olan basketbolçunu heyətinə qatıb

12 Avqust 2025 11:20 (UTC+04:00)

"Abşeron Lion" heyətini yeni basketbolçu ilə gücləndirib. Bu barədə SİA-ya klubun mətbuat xidmətindən məlumat verilib.

ABŞ-dən olan oyunçu Ceylen Şou 2025/2026 mövsümündə Azərbaycan təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, basketbolçu son olaraq Avstriyada "Raiffeisen Graz" klubunun formasını geyinib.