Azərbaycanın voleybol millisi Belçikaya yollanıb

12 Avqust 2025 10:57 (UTC+04:00)

Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyun üçün Belçikaya gedib. Azərbaycan Voleybol Federasiyasından SİA-ya verilən məlumata görə, yığma Roeselare şəhərinə yollanıb.

Komanda avqustun 13-də yerli komanda ilə üz-üzə gələcək. Qarşılaşma yerli vaxtla saat 20:15-də start götürəcək.

Ötən il bu komandalar arasında baş tutmuş ilk oyunda rəqibin 3:0 hesablı qələbəsi qeydə alınıb.

Qitə birinciliyinin təsnifat mərhələsində çıxış edən millinin yekun heyəti:

Hücumçular: Vüsal Qurbanov, Andrey Melnikov, Cavid Əzimov, Aslan Həmidov, Ruslan Əliyev, Kənan Həsənli, Mirəşrəf Rzazadə

Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov

Toppaylayıcılar: Mirhasil Seyidli, Əmirmehdi Ablou

Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov

Baş məşqçi: Fərid Calalov

Köməkçi məşqçilər: Akif Vəliyev, Cəlil Cəlilov