Qubada 52 yaşlı kişi evində yanaraq ölüb

12 Avqust 2025 10:10 (UTC+04:00)

Qubada evdə baş verən yanğın zamanı 1973-cü il təvəllüdlü Telman Mövlud oğlu Əhmədov yanaraq ölüb. SİA-nın məlumatına görə, hadisə rayonun Paşaoba kəndində baş verib.

Belə ki, Telman Əhmədov özünə məxsus yaşayış evində baş vermiş yanğın zamanı aldığı yanıq xəsarətləri nəticəsində mətbəxdə ölüb.