"Mançester Siti"nin futbolçusu Ceyms Makeyti İngiltərədə klubunu dəyişir. SİA xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı hücumameyilli yarımmüdafiəçi "Nottingem Forest"ə keçir.
Premyer Liqa təmsilçisi oyunçunun transferi ilə bağlı danışıqları yekunlaşdırmaq üzrədir.
Qeyd edək ki, Ceyms Makeyti "şəhərlilər"in yetirməsidir. O, əsas komandada ümumilikdə 34 matça çıxıb və 7 qol vurub. Futbolçu 2022/2023 və 2023/2024 mövsümlərində icarə əsasında "Şeffild Yunayted"də çıxış edib.