ABŞ idxal edilən bu məhsula rüsum tətbiq etməyəcək

12 Avqust 2025 06:02 (UTC+04:00)

ABŞ idxal edilən qızıla rüsum tətbiq etməyəcək. SİA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb. ABŞ Gömrük və Sərhəd Mühafizəsi cümə günü bildirib ki, 1 kiloqram və 100 unsiya (2,8 kiloqram) qızıl külçələr idxal rüsumlarına tabe olan gömrük kodu altında təsnif edilməlidir.