Bu həftə “Telegram” administrasiyası şəxsi məlumatların qanunsuz dərci və hədə-qorxu ilə bağlı bir çox kanalı bloklayacaq. SİA xəbər verir ki, bunu messecerin təsisçisi Pavel Durov açıqlayıb. O, komandanın qanun pozuntularına dair təkzibolunmaz sübutlara malik olduğuna bildirib. 20 gün əvvəl Durov istifadəçilərə müraciət edərək saxtakarlıqla bağlı şikayətlərini şəxsən ona göndərmələrini xahiş etmişdi. "İstifadəçilər saxtakarlıqla bağlı yüzlərlə şikayət göndərdilər. Onlara əsaslanaraq, biz zərərçəkənlərdən pul müqabilində dərc etdikləri videoları silən kanalları bloklayırıq" - Durov vurğulayıb.