Hər seriyadan 3 milyon qazanacaqlar - FOTO

12 Avqust 2025 01:37 (UTC+04:00)

Türkiyənin ATV kanalında yayımlanacaq “Aşk ve Gözyaşları” serialında baş rolları canlandırcaq Barış Arduç və Hande Erçelin qazanacağı məbləğ bəlli olub. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, onlar serialın hər seriyasıdan 3,5 milyon lirə (təxminən 146 min manat) qazanacaq. Serialın bir bölümünün 20 milyon türk lirəsinə başa gəldiyi bildirilir.

Qeyd edək ki, bu, onların üçüncü birgə layihəsidir. Bundan əvvəl Hande və Barış “Rüzgara Burak” filmi və “Aşkı Hatırla” serialında baş rolları canlandırıblar.