Kompleksin nasos stansiyalarının baraban filtrlərinə meduza sürüsü daxil olduqdan sonra Fransanın ən böyük AES "Gravelines"in dörd enerji bloku fəaliyyətini dayandırıb.
Bu barədə TASS EDF operator şirkətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, avqustun 10-da yerli vaxtla saat 23:00-dan 00:00-a qədər ikinci, üçüncü və dördüncü enerji blokları avtomatik olaraq işini dayandırıb.
Səhər yerli vaxtla saat 06:20-də enerji bloku da fəaliyyətini dayandırıb.
...Bu dayandırılmalar obyektin qeyri-nüvə hissəsində yerləşən nasos stansiyalarının baraban filtrlərində kütləvi və gözlənilməz meduzaların yaranması ilə əlaqədar olub.
...Hadisə AES-in və onun personalının təhlükəsizliyinə təsir göstərməyib, - mətndə deyilir.
Hazırda stansiyanın mütəxəssisləri avadanlıqların diaqnostikasını aparır.
Əli Babayev